четверг, 16 января 2020 г.

Matta Müdəsinin ruhani mənası

Matta Müdəsinin ruhani mənası


MATTA    3:12       
Onun kürəyi əlindədir və xırmanını sovuracaq, Öz taxılını anbara toplayacaq. Samanı isə sönməz odda yandıracaq.

Ruhani mənası
- O yəni İsa Məsih
- kürək yəni hakimiyyətdi,
- xırman  insanlar, dünya deməkdi (Mikeya 4:12)
- taxıl yəni Məsih imanlıları  (Yəhya 4:35)
- anbarlarına yəni Göylərdəki evlərinə (Yezra 8:29)
- saman imansızlardı (Zəbur 1:4)
- sönməz od isə Cəhənnəmdi (Mark 9:43)




MATTA
3: 7 Fariseylər və sadukeylərdən çoxunun vəftiz olmaq üçün onun yanına gəldiyini görən Yəhya onlara belə dedi: «Ey gürzələr nəsli! Üzərinizə gələn qəzəbdən canınızı qurtarmağı sizin beyninizə kim yeridib?  8İndi isə tövbəyə layiq bəhrə verin.  9Ürəyinizdə “atamız İbrahimdir” deyə düşünməyin. Mən sizə deyirəm: Allah bu daşlardan İbrahimə övlad yaratmağa qadirdir.  10Artıq balta ağacların dibində yatır. Beləliklə, yaxşı bəhrə verməyən hər ağac kəsilir və oda atılır. 


- Gürzələr nəsli, yəni İblisin övladları (Yar 3:14,15, 1 Yəh 3:10)
- daşlardan, yəni Allah Kəlamından (Yəq 1:18, 1 Kor 10:4, Vəhy 19:13, 1 Pet 1:23)
- balta, yəni Rəbbin Hökmü
- bəhrə verməyən ağaclar əməlisaleh olmayan insanlardı (Yer 17:7,8, Yez 17:24)
- od yəni Cəhənnəm odu (Mat 25:41)


MATTA
8:23 İsa qayığa mindiyi zaman şagirdləri də Onun ardınca getdi.  24Göldə elə böyük tufan qopdu ki, qayıq dalğalarla örtüldü. Amma İsa yatırdı.  25Şagirdlər yaxınlaşıb İsanı oyadaraq dedilər: «Ya Rəbb, bizi xilas et, biz həlak oluruq!»  26İsa onlara «Ey imanı az olanlar, niyə qorxursunuz?» dedi. Sonra durub küləklərə və gölə qadağan etdi, onda dərin sükut çökdü.  27Onlar heyrət içində qalıb dedilər: «Bu necə bir Adamdır ki, küləklər də, göl də Ona itaət edir?»

-          İsa Məsih Allahdı (1 Tim 3:16, Yəh 1:1,14)
-          12 şagird Allahın Xalqı deməkdi
-          göl  bütpərəst xalqlarıdı (Yeşaya 17:12)
-          küləklər ruhlardı (Yəh 3:8)
-          Yerdə və göydə bütün hakimiyyət
-          İsa Məsihə verilib (Matta 28:18)

Küləyin gölü təlatümə gətirməsi, və dalğaların qayığa hücumu şər ruhların bütpərəst xalqlarını hərəkətə gətirib onları Allahın xalqı olan məsihilərə hücumunu göstərir.İsanın yatması Allahın bəzən hansısa məqsəd üçün müdaxilə etməməsini göstərir.Bəzən elə böyük təqibə məruz qalırıq ki, Rəbbdən kömək istəyirik, və deyirik ki “Ya Rəbb bizi xilas et, həlak oluruq”, və Rəbb də təqibi dayandırıb, gölə, və küləklərə, yəni insanlara və şər ruhlara qadağan edir.Və bizə də deyir ki;Ey imanı az olanlar, niyə qorxursunuz?” Saleh insan hansı vəziyyətə düşür, düşsün imanda sabit qalmalı və qorxmalı deyil, çünki Rəbb həmişə bizimlədir.Əgər, O sıxıntılara yol verirsə, deməli bu da bizim  möhkəmlənməyimiz və səviyyəcə yüksəlməyimiz üçündür.

MATTA
8:28 İsa o biri sahildə yerləşən Qadaralıların diyarına gəldiyi zaman qəbir mağaralarından çıxan cinə tutulmuş iki nəfər Onunla qarşılaşdı. Onlar elə təhlükəli idi ki, heç kim o yoldan keçə bilmirdi.  29Budur, onlar bağırdılar: «Ey Allahın Oğlu, bizdən nə istəyirsən? Buraya vaxtından əvvəl bizə iztirab verməyəmi gəlmisən?»  30Onlardan uzaqda böyük bir donuz sürüsü otlayırdı.  31Cinlər İsaya yalvardılar: «Bizi qovacaqsansa, bu donuz sürüsünə göndər».  32İsa onlara «Gedin!» dedi. Cinlər də adamlardan çıxıb donuzların içinə girdi. Beləliklə, bütün sürü uçurumdan aşağı, gölə atılıb suda boğuldu.  33Donuz otaranlar isə qaçdılar, şəhərə gəlib hər şeyi və cinə tutulmuş adamların başına gələn əhvalatı xəbər verdilər.  34Bundan sonra bütün şəhər əhalisi İsanı qarşılamağa çıxdı. İsanı görəndə Ona yalvardılar ki, onların bölgəsindən çıxsın.

-          Donuz bütpərəstlərin bənzərində yaradılıb (2 Peter 2:22)
-          Göl, odlu göl deməkdi, yəni Cəhənnəm (Vəhy 20:14)

Donuzu Allah bütpərəstlərin bənzərində yaradıb.Donuz  nə gəldisə yeyir, bütpərəstlər də, donuz napak heyvandı, bütpərəstlər də napakdı, çünki halala-harama məhəl qoymadan nə gəldisə yeyir.Ona görə Rəbb İsrail övladlarına donuz əti yeməyi qadağan etmişdi. İsa Məsihin bu möcüzəsinin ruhani mənası budur: Bir adamdan Allah cin çıxaranda, o başqa bütpərəstin içinə girir, çünki cinlər bədənsiz ruhlardı, onlar daim canlılarda yaşayırlar.Onlar insan bədənlərini öz evləri sayırlar.Donuzların içinə girən cinlər onları gölə atdılar, göl odlu gölün bənzəridir.İsa Məsihə iman etməyən bütün bütpərəstləri  cinlərlə birlikdə odlu göl, yəni Cəhənnəm gözləyir.Onların sonu belə olacaq.


MATTA
14:13 İsa bunu eşidib qayığa minərək təkbaşına oradan kimsəsiz bir yerə çəkildi. Bunu eşidən camaat şəhərlərdən piyada Onun ardınca getdi.  14İsa sahilə düşəndə böyük bir izdiham gördü, onlara rəhmi gəldi və xəstələrinə şəfa verdi.  15Axşama yaxın şagirdlər Onun yanına gəlib dedilər: «Bura çöllükdür, vaxt da gecdir. Camaatı burax, qoy gedib kəndlərdən özlərinə yemək alsınlar».  16Amma İsa onlara dedi: «Getməklərinə ehtiyac yoxdur. Onlara yeməyi siz verin».  17Şagirdlər İsaya dedilər: «Burada beş çörək və iki balıqdan başqa bir şeyimiz yoxdur».  18İsa «onları buraya, Mənə gətirin» dedi.  19Camaata əmr etdi ki, otların üstündə otursunlar. İsa beş çörəyi və iki balığı götürüb göyə baxaraq şükür duası etdi. Sonra çörəyi bölüb şagirdlərə verdi. Şagirdlər də camaata payladılar.  20Hamı yeyib-doydu. Artıq qalan hissələrdən on iki dolu zənbil yığdılar.  21Yemək yeyən adamların sayı qadınlar və uşaqlardan başqa, beş min
nəfərə yaxın idi.
-          ruhani çöllük dünyadı
-          ruhani çörək Allah Kəlamıdır
-          balıq məcazi mənada şərin əsirliyində olan insan deməkdi
-          5 rəqəmi Allahın lütfü deməkdir
-          12 rəqəminin mənası Tanrı tərəfindən qurulan cəmiyyət deməkdir.
-          İsa Məsihin şagirdləri bütün məsihçilərin surətidir.

Bu hekayənin ruhani mənası budur ki, dünyada şərin əsarətində olan insanları Allah Öz şagirdləri vasitəsilə çıxarır, onları artırır, və ruhani qida olan Allah Kəlamı ilə qidalandırır.Və yeni-yeni cəmiyyətləri (kilsələri) Məsih öz şagirdləri vasitəsilə qurur.



MATTA
20:1 Səmavi Padşahlıq səhər erkən durub öz üzüm bağı üçün işçi tutmağa çıxan ev sahibinə bənzəyir.  2O, işçilərlə günü bir dinara razılaşıb onları üzüm bağına göndərdi.  3Üçüncü saat radələrində çıxıb meydanda işsiz durmuş adamları gördü.  4Onlara da dedi: “Siz də üzüm bağına gedin və haqqınızı düz verərəm”.  5Onlar da bağa getdilər. Altıncı və doqquzuncu saat radələrində yenə çıxıb belə etdi.  6On birinci saat radələrində çıxdı və orada duran başqalarını tapıb onlara dedi: “Nə üçün bütün günü burada işsiz durursunuz?”  7“Çünki heç kim bizə iş vermədi” dedilər. Onlara “siz də üzüm bağına gedin” dedi.  8Axşam olanda bağ sahibi öz nəzarətçisinə dedi: “İşçiləri çağır və axırıncılardan başlayaraq birincilərə kimi muzdlarını ver”.  9On birinci saat radələrində işə gələnlər adambaşına bir dinar aldılar.  10Birinci gələnlərsə daha çox alacaqlarını düşündülər, lakin onlar da adambaşına bir dinar aldılar.  11Pullarını aldıqları zaman ev sahibinə şikayət edərək dedilər:  12“Bu ən axırıncılar cəmi bir saat işlədilər və sən onları günün ağırlığını və qızmar istisini çəkən bizlərlə bir tutdun”.  13O isə onlardan birinə cavab verib dedi: “Dostum, axı mən sənə haqsızlıq etmədim, sən mənimlə bir dinara razılaşmadınmı?  14Haqqını al, get! Axırıncıya da sənə verdiyim qədər vermək istəyirəm.  15Öz pulumla istədiyimi etməyə ixtiyarım yoxdurmu? Sən mənim comərdliyimə qısqanırsan?”  16Beləcə də axırıncılar birinci, birincilər isə axırıncı olacaq».
-          Üzüm bağı Səmavi Səltənətdi
-          Ev Sahibi İsa Məsihdi (Allah)
-          İşçilər imanlılardı
-          Nəzarətçilər mələklərdi
-          Muzd mükafatdı

Bu məsəlin mənası budur ki, Rəbbə  uzun  müddət xidmət edən bir çox imanlılar, cəmiyyət başçıları, Xristianlığın məhşur liderləri az müddət xidmət  edənlərdən az mükafat alacaq.Ona görə də, axırıncılar birinci, birincilər də axırıncı olacaq.


MATTA

21:18 Səhəri gün İsa şəhərə qayıdanda acmışdı.  19Yol kənarında bir əncir ağacı gördü və ona yaxınlaşdı. Amma ağacda yarpaqdan başqa bir şey tapmadı. İsa ona dedi: «Qoy bir daha sənin meyvən çıxmasın». Əncir ağacı o anda qurudu.  20Şagirdlər bunu gördükdə «Əncir ağacı bir anda necə qurudu?» deyərək heyrətləndilər.  21İsa cavab verib onlara dedi: «Sizə doğrusunu deyirəm: əgər imanınız olub şübhə etməsəniz, nəinki əncir ağacının başına gətirilən şeyi edərsiniz, hətta bu dağa “Qalx, dənizə atıl!” desəniz, elə də olacaq.  22İmanla dua edərək hər nə diləsəniz, alacaqsınız».

-          Yol Allaha gedən yoldu
-          Əncir ağacı israildi (Huşə 9:10,Yer 24:3-10).
-          Ağacın barsız olması xalqın imansızlığıdı

-                     Bu hekayənin ruhani mənası budur ki, əncir ağacı İsraildi, İsa xidmətinin sonunda əncir ağacına «Qoy bir daha sənin meyvən çıxmasın» deməklə Allahın İsrail ilə 16 əsrlik əhdini ləğv etməsini göstərdi.Yəni bununla göstərdi ki, Qanun və peyğəmbərlik, və məbəd dövrü artıq  bitdi.Ağacın meyvələrinin olmaması xalqın imansızlığı idi.Isa Məsih çarmıxa çəkiləndə Allah məbədi iki yerə bölür, bir müddət sonra Yerusəlim romalılar tərəfindən dağıdılır. Buna görə də diriləndən sonra İsa Məsih tərəfdarlarını bütün dünyaya göndərib Müjdəni yaymağı tapşırır və Allah bütpərəstlərdən özünə yeni xalq seçir.




   MATTA

21: 33 Başqa bir məsəli dinləyin: Ev sahibi olan bir adam var idi. Üzüm bağı saldı, oranın ətrafına çəpər çəkdi. İçində yer qazaraq üzümsıxan düzəltdi, nəzarət qülləsi tikdi. Sonra isə bağı bağbanlara icarəyə verərək başqa ölkəyə getdi.  34Məhsul vaxtı çatanda məhsulunu almaq üçün qullarını bağbanların yanına göndərdi.  35Lakin bağbanlar onun qullarını tutub kimini döydülər, kimini öldürdülər, kimini də daşqalaq etdilər.  36Bağ sahibi yenə əvvəlkindən daha çox başqa qullar göndərdi. Bağbanlar onlarla da əvvəlki kimi etdilər.  37“Oğluma hörmət edərlər” deyərək axırda öz oğlunu onların yanına göndərdi.  38Bağbanlarsa oğulu görəndə öz aralarında dedilər: “Varis budur. Gəlin onu öldürək və miras bizə qalsın”.  39Beləcə onu tutub bağdan kənara çıxararaq öldürdülər.  40Beləliklə, bağın sahibi gəldikdə bu bağbanlara nə edəcək?»  41Onlar İsaya dedilər: «Bu xainləri dəhşətli şəkildə həlak edəcək, üzüm bağını isə başqa bağbanlara icarəyə verəcək ki, onlar məhsulu öz vaxtında ona versinlər».  42İsa onlara dedi: «Məgər siz Müqəddəs Yazılarda bunu heç oxumamısınız? “Bənnaların rədd etdiyi daş
Guşədaşı olub.
Bu, Rəbbin işi idi,
Gözümüzdə xariqəli bir işdir”.


-          Ev yəni Allahın evi
-          Adam yəni Alllah
-          Üzüm bağı yəni İsrail və Yerusəlim
-          Bağbanlar yəni İsrailin ruhani  rəhbərləri
-          Qullar yəni peyğəmbərlər, həvarilər
-          Oğul İsa Məsihdi
-          Bağdan kənarda, yəni Yerusəlimdən kənarda

Bu məsəlin mənası budur ki, xalqın Imansızlığı üzündən Allah İsraillə əhdini ləğv edib bütpərəstlərdən yeni Xalq seçir, yəni biz məsihiləri.




MATTA

22:1 İsa yenə onlara məsəllərlə xitab edərək dedi:  2«Səmavi Padşahlıq oğluna toy ziyafəti verən bir padşaha bənzəyir.  3O, toy ziyafətinə dəvət olunanları çağırmaq üçün qullarını göndərdi. Lakin onlar gəlmək istəmədi.  4Bir daha başqa qulları göndərərək onlara dedi: “Dəvət olunanlara deyin ki, budur, mən ziyafətimi hazırladım, öküzlərim və bəslənmiş heyvanlarım kəsilib, hər şey hazırdır, toy ziyafətinə gəlin!”  5Amma dəvət olunanlar etinasızlıq göstərərək kimi tarlasına, kimi ticarətinə getdi.  6O biriləri isə onun qullarını tutub təhqir etdilər və öldürdülər.  7Padşah bundan xəbər tutaraq qəzəbləndi. Öz qoşunlarını göndərib o qatilləri məhv etdi, şəhərlərini isə yandırdı.  8Onda qullarına dedi: “Toy ziyafəti hazırdır, fəqət dəvət olunanlar buna layiq deyil.  9Beləliklə, yolayrıclarına gedin və kimi tapsanız, toy ziyafətinə dəvət edin”.  10Həmin qullar yollara çıxdılar. Pis-yaxşı kimi tapdılarsa, hamısını topladılar. Toy məclisi qonaqlarla doldu.  11Padşah qonaqlara baxmaq üçün girdikdə orada toy libası geyməmiş bir nəfəri gördü,  12ona dedi: “Dostum! Sən toy libası geyməmiş buraya necə girdin?” O isə susdu.  13O zaman padşah xidmətçilərə dedi: “Onun əllərini, ayaqlarını bağlayın və qaranlıq çölə atın! Orada ağlaşma və diş qıcırtısı olacaq”.  14Çünki dəvət edilmiş çox, seçilmiş isə azdır».

-          Padşah Ata Allahdı
-          Oğul İsa Məsihdi
-          Toy ziyafəti Allahla qovuşacağımız gündü.
-          Qullar peyğəmbərlər və həvarilərdi
-          Dəvət olunanlar Müjdəni eşidib qəbul etməyənlərdi
-          Qoşunlar göylər ordusu  olan mələklərdi
-          Pis yaxşı toplananlar iman edib müjdəni qəbul edənlərdi
-          Toy libası imanlının salehliyidi
-          Xidmətçilər mələklər və salehlərdi
-          Qaranlıq çöl Cəhənnəmdi


MATTA

25:1 O zaman Səmavi Padşahlıq çıraqlarını götürüb bəyin qarşısına çıxan on qıza bənzəyəcək.  2Onlardan beşi ağıllı, beşi isə ağılsız idi.  3Ağılsızlar özləri ilə çıraqlarını götürmüşdü, amma yağ götürməmişdi.  4Ağıllılarsa çıraqları ilə birgə qablarda yağ da götürmüşdü.  5Lakin bəy gecikdiyindən hamısını yuxu basdı və onlar yatdı.  6Amma gecə yarısı bir qışqırıq qopdu: “Budur, bəy gəlir, onu qarşılamağa çıxın!”  7O zaman o qızların hamısı durub öz çıraqlarını düzəltdilər.  8Ağılsızlar ağıllılara dedi: “Yağınızdan bizə də verin, çünki çıraqlarımız sönür”.  9Ağıllılarsa cavab verib dedilər: “Belə olmasın ki, yağ nə bizə çatsın, nə sizə. Yaxşısı budur ki, gedib satıcılardan alasınız”.  10Onlar yağ satın almağa getdikləri zaman bəy gəldi. Hazır olanlar onunla toy məclisinə girdilər və qapı bağlandı.  11O biri qızlar da sonradan gəlib “Ağa! Ağa! Qapını bizə aç!” dedilər.  12O isə cavab verib dedi: “Sizə doğrusunu deyirəm: sizi tanımıram”.  13Beləliklə, oyaq olun. Çünki siz nə günü, nə də saatı bilirsiniz.
-           
-           Çıraq ruhdu
-          Bəy İsa Məsihdi
-          Qızlar kilsələr, imanlılardı
-          Yağ da Müqəddəs Ruhdu
-          Yuxu yəni ruhani yuxu
-          Toy məclisi Rəbblə qovuşacağımız gündü


Bu məsəlin ruhani mənası budur ki, bir çox imanlılar Rəbbin Sözünə görə yaşamır, vaxtlı-vaxtında dua etmir, Müqəddəs Ruhla dolmur.Ruhani yuxu da budur.Bir çoxları iman edir, sonra çox soyuq məsihçi həyatı yaşayır, Rəbbi dərk etməyi arzulamır, yarı dünyəvi həyat yaşayır.İsa Məsihi şəxsən tanımayan, Onu canından, hamıdan, və hər şeydən çox sevməyən insan qurtula bilməyəcək.Belələrinə Rəbb deyəcək “Sizə doğrusunu deyirəm: sizi tanımıram”. Əslində tanıyır ki, Özündən uzaqlaşdıracaq.



Matta Müdəsinin ruhani mənası

Matta Müdəsinin ruhani mənası MATTA    3:12        Onun kür ə yi ə lind ə dir v ə xırmanını sovuracaq, Öz taxılını anbara toplayaca...