Matta Müdəsinin ruhani mənası
MATTA 3:12
Onun kürəyi
əlindədir və xırmanını sovuracaq, Öz taxılını anbara
toplayacaq. Samanı isə
sönməz odda yandıracaq.
Ruhani mənası
- O yəni İsa Məsih
- kürək yəni hakimiyyətdi,
-
xırman insanlar, dünya deməkdi (Mikeya 4:12)
-
taxıl yəni Məsih imanlıları (Yəhya 4:35)
-
anbarlarına yəni Göylərdəki evlərinə (Yezra 8:29)
-
saman imansızlardı (Zəbur 1:4)
-
sönməz od isə Cəhənnəmdi (Mark 9:43)
MATTA
3: 7 Fariseylər və sadukeylərdən çoxunun vəftiz
olmaq üçün onun yanına gəldiyini görən Yəhya onlara belə dedi: «Ey gürzələr nəsli!
Üzərinizə gələn qəzəbdən canınızı qurtarmağı sizin beyninizə kim yeridib?
8İndi isə tövbəyə layiq
bəhrə verin. 9Ürəyinizdə “atamız İbrahimdir” deyə düşünməyin. Mən sizə
deyirəm: Allah bu daşlardan İbrahimə övlad yaratmağa qadirdir. 10Artıq
balta ağacların dibində yatır. Beləliklə, yaxşı bəhrə verməyən hər ağac kəsilir
və oda atılır.
- Gürzələr nəsli, yəni
İblisin övladları (Yar 3:14,15, 1 Yəh 3:10)
- daşlardan, yəni
Allah Kəlamından (Yəq 1:18, 1 Kor 10:4, Vəhy 19:13, 1 Pet 1:23)
- balta, yəni Rəbbin
Hökmü
- bəhrə verməyən
ağaclar əməlisaleh olmayan insanlardı (Yer 17:7,8, Yez 17:24)
- od yəni Cəhənnəm
odu (Mat 25:41)
MATTA
8:23 İsa qayığa mindiyi zaman şagirdləri də Onun ardınca getdi. 24Göldə elə
böyük tufan qopdu ki, qayıq dalğalarla örtüldü. Amma İsa yatırdı. 25Şagirdlər
yaxınlaşıb İsanı oyadaraq dedilər: «Ya Rəbb, bizi xilas et, biz həlak oluruq!»
26İsa onlara
«Ey imanı az olanlar, niyə qorxursunuz?» dedi. Sonra durub küləklərə və gölə
qadağan etdi, onda dərin sükut çökdü. 27Onlar heyrət içində qalıb dedilər: «Bu necə bir
Adamdır ki, küləklər də, göl də Ona itaət edir?»
- İsa Məsih Allahdı (1 Tim 3:16, Yəh 1:1,14)
-
12 şagird Allahın Xalqı deməkdi
-
göl bütpərəst
xalqlarıdı (Yeşaya 17:12)
-
küləklər ruhlardı (Yəh 3:8)
-
Yerdə və göydə bütün hakimiyyət
-
İsa Məsihə verilib (Matta 28:18)
Küləyin gölü təlatümə gətirməsi, və dalğaların
qayığa hücumu şər ruhların bütpərəst xalqlarını hərəkətə gətirib onları Allahın
xalqı olan məsihilərə hücumunu göstərir.İsanın yatması Allahın bəzən hansısa məqsəd
üçün müdaxilə etməməsini göstərir.Bəzən elə böyük təqibə məruz qalırıq ki, Rəbbdən
kömək istəyirik, və deyirik ki “Ya Rəbb bizi xilas et, həlak oluruq”, və Rəbb də
təqibi dayandırıb, gölə, və küləklərə, yəni insanlara və şər ruhlara qadağan
edir.Və bizə də deyir ki;“Ey imanı az olanlar, niyə
qorxursunuz?” Saleh insan hansı vəziyyətə düşür, düşsün imanda sabit qalmalı və
qorxmalı deyil, çünki Rəbb həmişə bizimlədir.Əgər, O sıxıntılara yol verirsə,
deməli bu da bizim möhkəmlənməyimiz və səviyyəcə
yüksəlməyimiz üçündür.
MATTA
8:28 İsa o biri sahildə yerləşən Qadaralıların
diyarına gəldiyi zaman qəbir mağaralarından çıxan cinə tutulmuş iki nəfər
Onunla qarşılaşdı. Onlar elə təhlükəli idi ki, heç kim o yoldan keçə bilmirdi.
29Budur,
onlar bağırdılar: «Ey Allahın Oğlu, bizdən nə istəyirsən? Buraya vaxtından əvvəl
bizə iztirab verməyəmi gəlmisən?» 30Onlardan uzaqda böyük bir donuz sürüsü
otlayırdı. 31Cinlər İsaya yalvardılar: «Bizi qovacaqsansa,
bu donuz sürüsünə göndər». 32İsa onlara «Gedin!» dedi. Cinlər də adamlardan
çıxıb donuzların içinə girdi. Beləliklə, bütün sürü uçurumdan aşağı, gölə
atılıb suda boğuldu. 33Donuz otaranlar isə qaçdılar, şəhərə gəlib hər
şeyi və cinə tutulmuş adamların başına gələn əhvalatı xəbər verdilər. 34Bundan
sonra bütün şəhər əhalisi İsanı qarşılamağa çıxdı. İsanı görəndə Ona
yalvardılar ki, onların bölgəsindən çıxsın.
-
Donuz bütpərəstlərin bənzərində yaradılıb (2 Peter 2:22)
-
Göl, odlu göl deməkdi, yəni Cəhənnəm (Vəhy 20:14)
Donuzu Allah bütpərəstlərin bənzərində yaradıb.Donuz nə gəldisə yeyir, bütpərəstlər də, donuz napak heyvandı, bütpərəstlər də napakdı, çünki halala-harama məhəl qoymadan nə gəldisə yeyir.Ona görə Rəbb İsrail övladlarına donuz əti yeməyi qadağan etmişdi. İsa Məsihin bu möcüzəsinin ruhani mənası budur: Bir adamdan Allah cin çıxaranda, o başqa bütpərəstin içinə girir, çünki cinlər bədənsiz ruhlardı, onlar daim canlılarda yaşayırlar.Onlar insan bədənlərini öz evləri sayırlar.Donuzların içinə girən cinlər onları gölə atdılar, göl odlu gölün bənzəridir.İsa Məsihə iman etməyən bütün bütpərəstləri cinlərlə birlikdə odlu göl, yəni Cəhənnəm gözləyir.Onların sonu belə olacaq.
MATTA
14:13 İsa bunu eşidib qayığa minərək təkbaşına oradan kimsəsiz bir yerə çəkildi.
Bunu eşidən camaat şəhərlərdən piyada Onun ardınca getdi. 14İsa sahilə
düşəndə böyük bir izdiham gördü, onlara rəhmi gəldi və xəstələrinə şəfa verdi.
15Axşama
yaxın şagirdlər Onun yanına gəlib dedilər: «Bura çöllükdür, vaxt da gecdir.
Camaatı burax, qoy gedib kəndlərdən özlərinə yemək alsınlar». 16Amma İsa
onlara dedi: «Getməklərinə ehtiyac yoxdur. Onlara yeməyi siz verin». 17Şagirdlər
İsaya dedilər: «Burada beş çörək və iki balıqdan başqa bir şeyimiz yoxdur».
18İsa
«onları buraya, Mənə gətirin» dedi. 19Camaata əmr etdi ki, otların üstündə
otursunlar. İsa beş çörəyi və iki balığı götürüb göyə baxaraq şükür duası etdi.
Sonra çörəyi bölüb şagirdlərə verdi. Şagirdlər də camaata payladılar. 20Hamı
yeyib-doydu. Artıq qalan hissələrdən on iki dolu zənbil yığdılar. 21Yemək yeyən
adamların sayı qadınlar və uşaqlardan başqa, beş min
nəfərə yaxın idi.
-
ruhani çöllük dünyadı
-
ruhani çörək Allah Kəlamıdır
-
balıq məcazi mənada şərin əsirliyində olan insan
deməkdi
-
5 rəqəmi Allahın lütfü deməkdir
-
12 rəqəminin mənası Tanrı tərəfindən qurulan cəmiyyət
deməkdir.
-
İsa Məsihin şagirdləri bütün məsihçilərin surətidir.
Bu hekayənin ruhani mənası budur ki, dünyada şərin əsarətində olan insanları Allah Öz şagirdləri vasitəsilə çıxarır, onları artırır, və ruhani qida olan Allah Kəlamı ilə qidalandırır.Və yeni-yeni cəmiyyətləri (kilsələri) Məsih öz şagirdləri vasitəsilə qurur.
MATTA
20:1 Səmavi Padşahlıq səhər erkən durub öz üzüm bağı
üçün işçi tutmağa çıxan ev sahibinə bənzəyir. 2O, işçilərlə günü bir
dinara razılaşıb onları üzüm bağına göndərdi. 3Üçüncü saat radələrində
çıxıb meydanda işsiz durmuş adamları gördü. 4Onlara da dedi: “Siz də
üzüm bağına gedin və haqqınızı düz verərəm”. 5Onlar da bağa getdilər.
Altıncı və doqquzuncu saat radələrində yenə çıxıb belə etdi. 6On birinci saat radələrində
çıxdı və orada duran başqalarını tapıb onlara dedi: “Nə üçün bütün günü burada
işsiz durursunuz?” 7“Çünki heç kim bizə iş vermədi” dedilər. Onlara “siz də üzüm
bağına gedin” dedi. 8Axşam olanda bağ sahibi öz nəzarətçisinə dedi: “İşçiləri
çağır və axırıncılardan başlayaraq birincilərə kimi muzdlarını ver”. 9On birinci saat radələrində
işə gələnlər adambaşına bir dinar aldılar. 10Birinci gələnlərsə daha çox alacaqlarını
düşündülər, lakin onlar da adambaşına bir dinar aldılar. 11Pullarını
aldıqları zaman ev sahibinə şikayət edərək dedilər: 12“Bu ən
axırıncılar cəmi bir saat işlədilər və sən onları günün ağırlığını və qızmar
istisini çəkən bizlərlə bir tutdun”. 13O isə onlardan birinə cavab verib dedi:
“Dostum, axı mən sənə haqsızlıq etmədim, sən mənimlə bir dinara razılaşmadınmı?
14Haqqını
al, get! Axırıncıya da sənə verdiyim qədər vermək istəyirəm. 15Öz pulumla
istədiyimi etməyə ixtiyarım yoxdurmu? Sən mənim comərdliyimə qısqanırsan?”
16Beləcə də
axırıncılar birinci, birincilər isə axırıncı olacaq».
-
Üzüm bağı Səmavi Səltənətdi
-
Ev Sahibi İsa Məsihdi (Allah)
-
İşçilər imanlılardı
-
Nəzarətçilər mələklərdi
-
Muzd mükafatdı
Bu məsəlin mənası budur ki, Rəbbə uzun
müddət xidmət edən bir çox imanlılar, cəmiyyət başçıları, Xristianlığın
məhşur liderləri az müddət xidmət edənlərdən
az mükafat alacaq.Ona görə də, axırıncılar birinci, birincilər də axırıncı
olacaq.
MATTA
21:18 Səhəri gün İsa şəhərə qayıdanda acmışdı. 19Yol kənarında
bir əncir ağacı gördü və ona yaxınlaşdı. Amma ağacda yarpaqdan başqa bir şey
tapmadı. İsa ona dedi: «Qoy bir daha sənin meyvən çıxmasın». Əncir ağacı o anda
qurudu. 20Şagirdlər bunu gördükdə «Əncir ağacı bir anda
necə qurudu?» deyərək heyrətləndilər. 21İsa cavab verib onlara dedi: «Sizə doğrusunu
deyirəm: əgər imanınız olub şübhə etməsəniz, nəinki əncir ağacının başına gətirilən
şeyi edərsiniz, hətta bu dağa “Qalx, dənizə atıl!” desəniz, elə də olacaq.
22İmanla dua
edərək hər nə diləsəniz, alacaqsınız».
-
Yol Allaha gedən yoldu
-
Əncir ağacı israildi (Huşə 9:10,Yer 24:3-10).
-
Ağacın barsız olması xalqın imansızlığıdı
-
Bu
hekayənin ruhani mənası budur ki, əncir ağacı İsraildi, İsa xidmətinin sonunda əncir
ağacına «Qoy bir daha sənin meyvən çıxmasın» deməklə Allahın İsrail ilə 16 əsrlik əhdini ləğv etməsini göstərdi.Yəni
bununla göstərdi ki, Qanun və peyğəmbərlik, və məbəd dövrü artıq bitdi.Ağacın meyvələrinin olmaması xalqın
imansızlığı idi.Isa Məsih çarmıxa çəkiləndə Allah məbədi iki yerə bölür, bir
müddət sonra Yerusəlim romalılar tərəfindən dağıdılır. Buna görə də diriləndən
sonra İsa Məsih tərəfdarlarını bütün dünyaya göndərib Müjdəni yaymağı tapşırır
və Allah bütpərəstlərdən özünə yeni xalq seçir.
21: 33 Başqa bir məsəli
dinləyin: Ev sahibi olan bir adam var idi. Üzüm bağı saldı, oranın ətrafına
çəpər çəkdi. İçində yer qazaraq üzümsıxan düzəltdi, nəzarət qülləsi tikdi.
Sonra isə bağı bağbanlara icarəyə verərək başqa ölkəyə getdi. 34Məhsul vaxtı çatanda məhsulunu almaq üçün qullarını bağbanların yanına
göndərdi. 35Lakin bağbanlar onun qullarını tutub kimini döydülər,
kimini öldürdülər, kimini də daşqalaq etdilər. 36Bağ sahibi yenə əvvəlkindən daha çox başqa qullar göndərdi. Bağbanlar
onlarla da əvvəlki kimi etdilər. 37“Oğluma hörmət edərlər” deyərək axırda öz oğlunu onların yanına göndərdi.
38Bağbanlarsa oğulu görəndə öz aralarında dedilər:
“Varis budur. Gəlin onu öldürək və miras bizə qalsın”. 39Beləcə onu tutub bağdan kənara çıxararaq öldürdülər. 40Beləliklə, bağın sahibi gəldikdə bu bağbanlara nə edəcək?» 41Onlar İsaya dedilər: «Bu xainləri dəhşətli şəkildə həlak edəcək, üzüm
bağını isə başqa bağbanlara icarəyə verəcək ki, onlar məhsulu öz vaxtında ona
versinlər». 42İsa onlara dedi: «Məgər siz Müqəddəs Yazılarda bunu
heç oxumamısınız? “Bənnaların rədd etdiyi daş
Guşədaşı olub.
Bu, Rəbbin işi idi,
Gözümüzdə xariqəli bir işdir”.
-
Ev yəni
Allahın evi
-
Adam yəni
Alllah
-
Üzüm bağı
yəni İsrail və Yerusəlim
-
Bağbanlar
yəni İsrailin ruhani rəhbərləri
-
Qullar yəni
peyğəmbərlər, həvarilər
-
Oğul İsa
Məsihdi
-
Bağdan
kənarda, yəni Yerusəlimdən kənarda
Bu məsəlin mənası budur ki, xalqın Imansızlığı üzündən
Allah İsraillə əhdini ləğv edib bütpərəstlərdən yeni Xalq seçir, yəni biz
məsihiləri.
MATTA
22:1 İsa yenə onlara məsəllərlə
xitab edərək dedi: 2«Səmavi Padşahlıq oğluna toy ziyafəti verən bir
padşaha bənzəyir. 3O, toy ziyafətinə dəvət olunanları çağırmaq üçün
qullarını göndərdi. Lakin onlar gəlmək istəmədi. 4Bir daha başqa qulları göndərərək onlara dedi: “Dəvət
olunanlara deyin ki, budur, mən ziyafətimi hazırladım, öküzlərim və bəslənmiş
heyvanlarım kəsilib, hər şey hazırdır, toy ziyafətinə gəlin!” 5Amma dəvət olunanlar etinasızlıq göstərərək kimi tarlasına,
kimi ticarətinə getdi. 6O
biriləri isə onun qullarını tutub təhqir etdilər və öldürdülər. 7Padşah bundan xəbər tutaraq qəzəbləndi. Öz qoşunlarını göndərib
o qatilləri məhv etdi, şəhərlərini isə yandırdı. 8Onda qullarına dedi: “Toy ziyafəti hazırdır, fəqət dəvət
olunanlar buna layiq deyil. 9Beləliklə,
yolayrıclarına gedin və kimi tapsanız, toy ziyafətinə dəvət edin”. 10Həmin qullar yollara çıxdılar. Pis-yaxşı kimi tapdılarsa,
hamısını topladılar. Toy məclisi qonaqlarla doldu. 11Padşah qonaqlara baxmaq üçün girdikdə orada toy libası geyməmiş
bir nəfəri gördü, 12ona dedi: “Dostum! Sən toy libası geyməmiş
buraya necə girdin?” O isə susdu. 13O zaman padşah xidmətçilərə dedi: “Onun əllərini, ayaqlarını
bağlayın və qaranlıq çölə atın! Orada ağlaşma və diş qıcırtısı olacaq”. 14Çünki dəvət edilmiş çox, seçilmiş isə azdır».
-
Padşah Ata Allahdı
-
Oğul İsa Məsihdi
-
Toy ziyafəti Allahla qovuşacağımız gündü.
-
Qullar peyğəmbərlər və həvarilərdi
-
Dəvət olunanlar Müjdəni eşidib qəbul etməyənlərdi
-
Qoşunlar
göylər ordusu olan mələklərdi
-
Pis yaxşı
toplananlar iman edib müjdəni qəbul edənlərdi
-
Toy libası
imanlının salehliyidi
-
Xidmətçilər
mələklər və salehlərdi
-
Qaranlıq çöl Cəhənnəmdi
MATTA
25:1 O zaman Səmavi Padşahlıq çıraqlarını götürüb bəyin qarşısına çıxan on qıza
bənzəyəcək. 2Onlardan beşi ağıllı, beşi isə ağılsız idi. 3Ağılsızlar özləri ilə çıraqlarını götürmüşdü, amma yağ
götürməmişdi. 4Ağıllılarsa çıraqları ilə birgə qablarda yağ da götürmüşdü. 5Lakin bəy
gecikdiyindən hamısını yuxu basdı və onlar yatdı. 6Amma gecə yarısı
bir qışqırıq qopdu: “Budur, bəy gəlir, onu qarşılamağa çıxın!” 7O zaman o qızların
hamısı durub öz çıraqlarını düzəltdilər. 8Ağılsızlar ağıllılara dedi: “Yağınızdan bizə də verin,
çünki çıraqlarımız sönür”. 9Ağıllılarsa cavab verib dedilər: “Belə olmasın ki, yağ
nə bizə çatsın, nə sizə. Yaxşısı budur ki, gedib satıcılardan alasınız”. 10Onlar yağ satın
almağa getdikləri zaman bəy gəldi. Hazır olanlar onunla toy məclisinə girdilər
və qapı bağlandı. 11O biri qızlar da sonradan gəlib “Ağa! Ağa! Qapını bizə
aç!” dedilər. 12O isə cavab verib dedi: “Sizə doğrusunu deyirəm: sizi tanımıram”. 13Beləliklə, oyaq
olun. Çünki siz nə günü, nə də saatı bilirsiniz.
-
-
Çıraq ruhdu
-
Bəy İsa Məsihdi
-
Qızlar
kilsələr, imanlılardı
-
Yağ da
Müqəddəs Ruhdu
-
Yuxu yəni
ruhani yuxu
-
Toy məclisi
Rəbblə qovuşacağımız gündü
Bu məsəlin ruhani mənası budur ki, bir çox imanlılar
Rəbbin Sözünə görə yaşamır, vaxtlı-vaxtında dua etmir, Müqəddəs Ruhla
dolmur.Ruhani yuxu da budur.Bir çoxları iman edir, sonra çox soyuq məsihçi
həyatı yaşayır, Rəbbi dərk etməyi arzulamır, yarı dünyəvi həyat yaşayır.İsa
Məsihi şəxsən tanımayan, Onu canından, hamıdan, və hər şeydən çox sevməyən
insan qurtula bilməyəcək.Belələrinə Rəbb deyəcək “Sizə doğrusunu deyirəm: sizi tanımıram”. Əslində tanıyır ki, Özündən
uzaqlaşdıracaq.